Qırmızı.az
Şəkidə yüksək sürətlə hərəkət edən "Mercedes" aşıb, xəsarət alan var
Gecə saat 1 radələrində Şəki-Qax yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Kanal S-ə istinadən məlumat verir ki, yüksək sürətlə
hərəkət edən "99 CD 648" dövlət nömrə nişanlı "Mercedes" markalı
avtomobil döngəni dönə bilmədiyi üçün yoldan çıxaraq aşıb. Nəticədə
avtomobilin sürücüsü Şəkinin Aşağı Layısqı kənd sakini Səmədov Abid
Arif oğlu xəsarət alıb. O, dərhal əraziyə gələn Şəki Şəhər Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən
stansiyaya çatdırılıb.
Stansiyadan verilən məlumata görə, yaralının vəziyyəti orta
ağırdır.
Faktla bağlı Şəki rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qəzaya ilkin səbəb kimi isə avtomobilin yüksək sürətlə idarə
olunması göstərilir.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi