Allahşükür Paşazadədən din xadimlərinə CİDDİ XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Allahşükür Paşazadədən din xadimlərinə CİDDİ XƏBƏRDARLIQ

“Din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hisslərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrı-seçkiliyinin təbliği qəti yolverilməzdir”.

“Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də keçirilən tədbirdə bildirib. O deyib ki, məsələyə nəzarət daha da gücləndiriləcək və xətaya yol verənlər müvafiq qaydada cəzalandırılacaqlar.

QMİ sədri həmçinin bildirib ki, din xadimlərinin təkmilləşdirmə kursları Məhərrəm ayından sonra fəaliyyətini davam etdirəcək.

Şeyxülislam QMİ Qazılar Şurasının tərkibində Etika komissiyasının yaradılması barədə də məlumat verib. O bildirib ki, QMİ-nin din xadimlərinin fəaliyyətində dini-etik məqamların gözlənilməməsi faktları aşkarlanarsa, bununla bağlı komissiyanın rəyi olacaq: “Bu rəy işəgötürmə məsələsində də vacib şərt kimi nəzərdən keçiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm