Gələn il üçün xərclər üzrə nəzərdə tutulan artım sosial sığorta haqları hesabına qarşılanacaq
Bizi izləyin

Qırmızı.az

Gələn il üçün xərclər üzrə nəzərdə tutulan artım sosial sığorta haqları hesabına qarşılanacaq

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirlərinin 64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaq.

Bu barədə Publika.az-a Fonddan məlumat verilib.

Gələn il dövlət büdcəsindən Fonda transfertin məbləği cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcək və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artım toplanan sosial sığorta haqları hesabına qarşılanacaq.

Fondun 2016-cı il üçün büdcə layihəsində xərclərin 3 milyard 11,2 milyon manatının əhaliyə ödənişlərə, 20,0 mln. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27,0 mln. manatının Fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 mln. manatının "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub.

Əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-i və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm