14 rayonda məzunların yarıdan çoxu imtahandan “2” alıb
Bizi izləyin

Qırmızı.az

14 rayonda məzunların yarıdan çoxu imtahandan “2” alıb

14 rayonda məzunların yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alıb.

Publika.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin prezident İlham Əliyevin iştirakı ilə keçirilən iclasında deyib.

Nazir bildirib ki, bu bölgələrdə ciddi tədbirlərə və xüsusi proqramlara ehtiyac var.

Buna baxmayaraq, nazir son 3 ildə icbari təhsilin keyfiyyətinin davamlı olaraq yaxşılaşdığını deyib.

“2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 64 faizədək artıb. İlk dəfə ötən tədris ilində XI siniflərin buraxılış imtahanlara xarici dil əlavə olunub. Bu qərar nəticəsində gənclərimizin xarici dillərə yiyələnməsi yaxşılaşacaq, müasir elmi və texniki nailiyyətlərə çıxışı asanlaşacaq, ölkədə iqtisadi məhsuldarlıq artacaq və innovasiyaların geniş tətbiqinə nail olunacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm