
Növbəti 5 il ərzində ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30 faiz artacaq.
Publika.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin prezident İlham Əliyevin iştirakı ilə keçirilən iclasında deyib.
Nazir bildirib ki, bu artımın səbəbi Azərbaycanda yaşanan müsbət demoqrafik vəziyyətdir.
“Bu isə öz növbəsində təhsil sisteminin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaları qaçılmaz edir”.
Gülxar