Qırmızı.az
Nobel prospektinə qırmızı asfalt çəkilir - FOTOLAR

Paytaxt Bakının yol təsərrüfatında bir müddət bundan öncə yenilik edilmişdi. İlk dəfə olaraq və sınaq məqsədilə Babək prospektində tünd-qırmızı rəngli asfalt-beton örtüyü döşənmişdi. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayırıcı zolağa tətbiq olunmuşdu.
Publika.az Azəryolservis Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, hazırda bu yenilik Nobel prospektində tətbiq edilir.
Prospektin ayırıcı zolağına tünd-qırmızı rəngdə asfalt-beton örtüyü döşənir. Rəngli asfalt-beton örtüyü ilkin etapda prospektin “Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissəsində yolayrıcına döşənir. Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatır.
Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq, asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə, rəngli asfalt-beton alınır.
Anar Tağıyev

-
MDB08:19
Rusiya inamını itirir: Putin gizli şəkildə Qara dənizdə... - SENSASİYA
-
MDB01:59
Ruslar Xarkovu atəşə tutdu: ölənlər və yaralananlar var
-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu