Qırmızı.az
"Azercell" 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi
Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət 9-11 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisinə qatılıb. Sərgidə Azercell-in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri ilk növbədə mövcud olan Tələbə Proqramları haqqında ətraflı məlumat ilə paylaşıb və eyni zamanda Azercell-də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırıblar. Azercell-də karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.
Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.
Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Məlumat üçün deyək ki, oktyabrın 1-dən etibarən “Azercell Telekom” MMC Tələbə Proqramına başlayıb. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Eyni zamanda Noyabr ayında Bölgə Tələbə Proqramı 2015 başlaması nəzərdə tutulub. Proqram çərçivəsində, Gəncədə, Mingəçevirdə, Naxçıvanda və Lənkəranda təqdimatlar keçirilicək və tələbələrə bu proqramda iştirak etmək şansı veriləcək. Proqramda Ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil alan və yaxşı qiymətləri olan tələbələr müraciət edə biləcək.
Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin
ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra
innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq,
Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7
Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri,
mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə
bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin
99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin
sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G,
2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim
etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və
qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17
ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə
xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun
bir hissəsidir.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ