İlham Rəhimov Çin universitetlərində mühazirə oxuyacaq
Bizi izləyin

Qırmızı.az

İlham Rəhimov Çin universitetlərində mühazirə oxuyacaq

Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Çin Xalq Respublikasının Şanxay Universitetinin professoru və səlahiyyətli nümayəndəsi cənab Renying Linlə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış və inkişaf etməkdə olan dostluq, mədəniyyət və təhsil sahəsindəki əlaqələr geniş müzakirə olunub.

Cənab Renying Li təmsil etdiyi Şanxay Universitetinin və həmçinin Çinin qədim Şi’an (“Xi’an”) şəhərində yerləşən məşhur Şimal-Qərb Siyasət və Hüquq Universitetinin rəsmi dəvətini professor İ.Rəhimova çatdırıb. Cənab Renying Li həmçinin, qeyd olunan təhsil ocaqlarının rəhbərliyinin adından professor İ.Rəhimovdan bu universitetlərin tələbə, aspirant və müəllim heyəti qarşısında cinayət hüququna dair müvafiq məruzə ilə çıxış etməsini xahiş edıb.

Bundan başqa, cənab R.Lin Şimal-Qərb Siyasət və Hüquq Universitetinin rəhbərliyi adından İ.Rəhimovun rus dilində nəşr olunmuş və artıq bir çox xarici dillərə tərcümə olunaraq böyük maraq doğurmuş "Cinayətkarlıq və cəza" («Преступность и Наказание») (Moskva, 2012) və "Cinayət və cəzanın fəlsəfəsi" («Философия Преступления и Наказания») (Sankt-Peterburq, 2013) adlı kitablarının da çin dilinə tərcümə olunmasını təklif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm