Qırmızı.az
Azərbaycanda dövlət təminatında yaşayanların sayı açıqlandı
.jpg?v1695855294)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlərlə təmin olunanların sayı 1072 nəfərdir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, bu ilin 1 oktyabr tarixinə olan məlumata görə, həmin şəxslərdən 336 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və nazirliyin Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tam dövlət təminatında yaşayırlar.
Qalan 736 nəfər isə nazirliyin müvafiq sosial xidmət müəssisələrində daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
Son illərdə bir sıra sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb və bir qisim belə müəssisələrdə bu yöndə işlər davam etdirilir. Xüsusən Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı və 7 saylı sosial xidmət müəssisələrində uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün nümunəviliyi ilə seçilən şərait yaradılıb.
Sosial xidmət müəssisələrində yaşayanların doğma ailə mühitinə qaytarılmaları, de-institusionalizasiya tədbirləri də davam etdirilir. Cari ilin 9 ayında bu müəssisələrdə yaşayan şəxslərdən ümumilikdə 52 nəfər doğma ailələrinə qayıdıb ki, onlardan 20 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub.
Gülnar Əliyeva

-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar
-
Nida Xəbər 27 Sentyabr 23:00
Azərbaycan dilini ana dili kimi bilən Qarabağ erməniləri - VİDEO
-
Dünya27 Sentyabr 22:08
Dağıstanda atışma: Ölən və yaralananlar var
-
İdman27 Sentyabr 21:00
İranlı qadınlara Neymarı izləmək icazəsi verildi
-
Nida Xəbər 27 Sentyabr 19:21
Qarabağda mina-tələlər zərərsizləşdirilir - VİDEO
-
Qarabağ 27 Sentyabr 17:42
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
-
Sosial27 Sentyabr 17:16
Pilotlarımız səmada “Xarıbülbül” çəkdi - Video