246 həkim imtahandan kəsildi
Bizi izləyin

Qırmızı.az

246 həkim imtahandan kəsildi

Bu ilin 9 ayı ərzində 246 həkim sertifikasiya imtahanında uğursuz nəticə göstərib.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə “Buraxılış vərəqəsi” verilib.

7513 nəfər imtahanlardan uğurla keçib. 1-ci cəhddən imtahanlarda 246 nəfər keçə bilməyib.

İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm