AzTV-də İbrahim Məmmədovun yerinə TƏYİNAT
Bizi izləyin

Qırmızı.az

AzTV-də İbrahim Məmmədovun yerinə TƏYİNAT

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini İbrahim Məmmədovun aparıcı olduğu verilişlər “Lider” televiziya kanalının aparıcısı Rövşən Məmmədova həvalə edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, bundan sonra AzTV-nin efirində gedən "Günün nəbzi" və “Həftə” analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanacaq.

Artıq Rövşən Məmmədova AzTV-də yüksək vəzifə də verilib.

Xatırladaq ki, bu il sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Məmmədov AzTV-nin sədr müavini vəzifəsindən azad edilib.

Onu da qeyd edək ki, hazırda Bakı Dövlət Universitetində (BDU) dərs deyən Rövşən Məmmədov bundan əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm