"Baku CSR Conference -2015" konfransı öz işinə başlayıb
Bizi izləyin

Qırmızı.az

"Baku CSR Conference -2015" konfransı öz işinə başlayıb

Bu gün Bakıda "Caspian Event Organisers" Şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə davamlı inkişaf və korporativ sosial məsuliyyətə dair "Baku CSR Conference -2015" konfransı öz işinə başlayıb.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, konfransı keçirməkdə məqsəd ölkədə cari vəziyyətin kompleks qiymətləndirilməsi, habelə bu sahənin inkişafı naminə müxtəlif strukturlar arasında dialoq və əməkdaşlığın genişləndirilməsidir.

Konfransın aktuallığı belə bir faktı təsdiqləyir ki, 2015-ci ilin sentyabr ayında BMT-yə üzv olan 193 dövlət tərəfindən "Dünyamızı dəyişək: 2030-cu ilə qədər davamlı inkişaf" adlı yeni proqram razılaşdırılıb. Həmin proqram 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılması, bütün insanların rifahının təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi üzrə 17 məqsədi özündə ehtiva edir.

"Baku CSR Conference 2015" konfransı davamlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici metodikaların öyrənilməsi üçün əla meydançadır. Debüt konfransda 300 nəfər nümayəndə və 30 natiq iştirak edir.

Plenar sessiyanın mövzusu haqqında məlumat verən S.Qasımov bildirdi ki, konfransın plenar mövzusu "Davamlı inkişaf. Konsepsiya, qlobal trendlər və standartlar" adlanır.

Qeyd edək ki, konfrans əsnasında əsas müzakirə mövzuları isə yaşıl iqtisadiyyat, dayanıqlı infrastruktur, davamlı inkişafda elmin və inovasiyaların rolu, özəl və dövlət sektorlarının uğurlu əməkdaşlığı olacaq.

Konfrans 7 sessiya üzrə aparılacaq.Tədbir çərçivəsində sərgi də təşkil olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm