Bakıdakı uşaq oğurluğunda ittiham edilən qadının cinayətinin təfərrüatı – FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıdakı uşaq oğurluğunda ittiham edilən qadının cinayətinin təfərrüatı – FOTOLAR/VİDEO

Bu gün bir sıra mətbuat orqanlarının Bakıda uşaq oğurluğunda ittiham etdikləri şəxs bir neçə il əvvəl Rusiyada həbs olunmuş Sabrina Yaqibekovadır.

Publika.az-ın araşdırması zamanı məlum olub ki, bu qadın 2013-cü ildə Mahaçqala şəhərində Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb və 6 il azadlıqdan məhrum edilib.

Oğurluq və digər cinayətləri sübuta yetirilmiş Sabrina Yaqibekovanın əməlləri Rusiyanın bir sıra mətbu orqanlarında (http://kopomko.ru/prigovor-sabrine-yagibekovoy-pohitivshey-devochku/) işıqlandırılıb.

İstintaq zamanı məlum olub ki, məhkum vətəndaşlardan birinin pasportunu və ya mühüm sənədini ələ keçirib. Həmçinin külli miqdarda maddi zərər vurub.

Bundan əlavə, tamah məqsədilə azyaşlının qaçırılmasında iştirak edib, habelə zor tətbiq etməklə qarətçiliklə məşğul olub.

Əməlləri sübuta yetirilmiş Sabrina məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilib. O, hazırda cəzasını ümumi rejimli islah-əmək düşərgəsində çəkir.

Qeyd edək ki, bu gün bir sıra mətbu orqanları həmin qadının guya Bakıda cinayət törətməsi haqda həqiqətə uyğun olmayan xəbərlər yayıblar. Xəbər saytları onun fotolarının ''facebook'' sosial şəbəkəsində yayıldığını əsas gətirərək bu qadından ehtiyatlı olmağı məsləhət görüblər.

Sonda onu da qeyd edək ki, bəzi xəbər saytları 2 ay əvvəl də “facebook” sosial şəbəkəsi istifadəçiləri tərəfindən fotoları yayılmış 40-45 yaşlı şəxsin guya Bakıda azyaşlıları zorlaması haqda xəbərlər yaymışdılar. Lakin məlum oldu ki, hazırda bu şəxs həbsxanada cəza çəkir və 2 il əvvəl həbs edilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm