• USD 1,7000 0,00% EUR 1,8968 -0,53%
    • GBP 2,1937 -0,26% RUB 0,0264 -1,14%

Qobustanda qədim yaşayış yerləri tapıldı

Qobustanda qədim yaşayış yerləri tapıldı

Arxeoloqlar Qobustanda küp qəbirlər, yaşayış yerləri aşkar edib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, Arxeologiyada İnformasiya texnologiyalarının tətbiqi sektoru tədqiqat mövsümü ərzində Qobustan rayonunda aparılan arxeoloji çöl-tədqiqat işləri zamanı 100-ə yaxın yeni arxeoloji abidə aşkar edib. Aşkar olunan arxeoloji abidələrin CPS koordinatları götürülüb, ərazidə layihə ölçü işləri aparılıb, fotoları çəkilib və abidələrin pasportu tərtib edilib.

Kəşfiyyat xarakterli tədqiqat zamanı aşkar edilən abidələrə kurqanlar, yaşayış yerləri, küp qəbirlər nekropolu, tarixi memarlıq abidələri və sığınacaq xarakterli mağara abidələri daxildir. Aşkar edilən abidələrin üzərindən yerüstü materiallar götürülüb. Bu materiallar abidələrin dövrünü müəyyən etmək üçün əsas göstəricilərdən olacaq.

Bundan başqa, sektor bu il Arxeologiya və Etnoqrafiya İnstitutu “Şamaxı-Ağsu” arxeoloji ekspedisiyası ilə birgə 2015-ci ilin iyul ayında Gülüstan qalasında arxeoloji araşdırmaları davam etdirib. Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada İnformasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri Fuad Hüseynov, sektorun əməkdaşı Səbuhi Hüseynov, fotoqraf Elçin Həsənov 2015-ci ilin iyun ayında Gülüstan qalasında yeni aşkar edilmiş anbar hissəsində olub və bu anbarın rəqəmsal fotoqrammetriya vasitəsi ilə ölçülərini, GPS koordinatları götürülüb və 3 müstəvili modeli hazırlanıb.

Son zamanlar arxeoloji qazıntılarda kameral işlər zamanı qərb mütəxəssisləri fotoqrammetriya (obyektlərin yerləşməsini, ölçüsünü, formasını, onların şəkillərinin ölçülməsi ilə təyin edən elmi-texniki fənn) texnologiyası ilə ölçü işlərini həyata keçirir və əldə edilmiş nəticələri Coğrafi İnformasiya Sistemində istifadə edirlər. Fotoqrammetriyanın tətbiqi əsasən arxeoloji qazıntıların topoqrafik xəritəsinin və qazıntının planın çıxarılmasında istifadə edilir. Gülüstan qalasında həyata keçirilən fotoqrammetrik çəkilişlər Azərbaycan arxeologiyasında ilk dəfə tətbiq edilir.

Gülxar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR