Qırmızı.az
Avtoxuliqanların işi ağırlaşdı: qanuna dəyişiklik edilir

Azərbaycanda avtoxuliqanlıqla məşğul olanlara qarşı yeni cəzaların tətbiq edilməsi təklif edilir.
Milli Məclisdən Publika.az-a verilən maddələrə görə, bu məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələrdə öz əksini tapıb.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 296-1-1-ci maddəsinə təklif olunan əlavəyə əsasən, 296-1-1-ci maddədə nəzərdə tutulmuş hərəkətlərin aşkar sürətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 min manatdan 4 min manata qədər miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd edək ki, Məcəllənin 296-1-1-ci maddəsində avtoxuliqanlıq dedikdə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər nəzərdə tutulur.

-
Qarabağ 02:12
Xankəndi ermənisi: "Sovetlər dövründə mehriban qonşu olmuşuq" - VİDEO
-
İdman00:30
Güləş millimiz tarixində ilk dəfə dünya çempionu oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi maliyyə itkiləri ola bilər
-
Qarabağ 24 Sentyabr 23:48
Ermənilər Ağdərəni belə tərk edir - VİDEO
-
Mətbəx24 Sentyabr 22:12
AĞLAMAĞI DAYANDIRIN: bundan sonra soğan göz yaşınızı axıtmayacaq
-
Sosial24 Sentyabr 21:12
"Qənirə süni nəfəs aparatındadır, heç bir reaksiya vermir" - Əmisindən üzücü AÇIQLAMA
-
Magazin224 Sentyabr 20:00
Məşhur cütlük boşanır - 3 gün 3 gecə toy etmişdilər
-
Nida Xəbər 24 Sentyabr 19:06
Müdafiə Nazirliyi yeni görüntülər yaydı - FOTO/VİDEO