“Azərsu”dan yeni layihələrlə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Azərsu”dan yeni layihələrlə bağlı AÇIQLAMA

“43 rayon və şəhər mərkəzində su və kanalizasiya layihələrinin icrasına başlanılıb. Bu layihələrin 29-u “Azərsu” ASC nin, 8-i Meliorasiya və Su Təsərrüfatı İdarəsinin, 6-sı isə Ərazilərin Bərpa Agentliyinin sifarişi əsasında icra olunub. Layihələrin 17-si dövlət büdcəsi hesabına, qalanları isə beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Almaniya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilib”.

Bunu Publika.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, artıq bu şəhərlərin 14-də su və kanalizasiya layhələrinin icrası başa çatıb, 7-də su layihələrinin icrası başa çatıb. Daha 22 şəhərdə işlər davam etdirilir ki, onların da 9-na yeni mənbədən içməli suyun verilməsi təmin olunub. A.Cəbrayıllının sözlərinə görə, ən sonuncu isə Ucar və Göyçay rayonlarında su və kanalizsya layihələrinin açılışı olub:

“Elə rayonlar var idi ki, orada su sistemi 50-60-cı illərdə qurulmuşdu. Artıq həmin sistemlər köhnəlib və istismara yararsız idi. Ucar şəhərində indiyə kimi əhalinin cəmi 30-40 faizinə xidmət edirdik. Qalan əhalinin heç su şəbəkəsi yox idi və fərdi qaydada tələbatlarını ödəyirdilər. Artıq yeni layihədən sonra əhali su ilə daha yaxşı təmin olunacaq”.

A.Cəbrayıllının sözlərinə görə, “Azərsu” ASC-nin abonentlərinin sayı son 3-4 ildə 250 mindən çox artaraq 1 milyon 361 minə çatıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm