Qırmızı.az
Bakı yollarındakı sıxlığın qarşısını almaq üçün daha bir yenilik
Bakı yollarındakı avtomobillərin sıxlığı ilə bağlı aylıq statistika açıqlanacaq.
Bunu Trend-ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Ş.Mehmanqızı bildirib ki, hazırda statistika hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq: “Statistikanı açıqlamaqda məqsəd insanları hansı yollarda daha çox sıxlığın olması barədə məlumatlandırmaqdır. İstəyirik ki, əhali ay və ya gün ərzində, günün istənilən zamanında yollarda nə qədər avtomobilin keçdiyini bilsin. Düşünürük ki, ictimaiyyət hansı yolda avtomobil yükünün daha çox olduğunu biləcəyi təqdirdə, alternativ yollardan da istifadə edə bilər. Nəticədə, sıxlıq olan yolların avtomobil yükü az da olsa, azalmış olar”.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi bildirib ki, paytaxt yollarındakı tıxacların aradan qaldırılması üçün qurum müxtəlif tədbirlər həyata keçirsə də, sıxlığı tam aradan qaldırmaq mümkün deyil: “Sıxlıqdan şikayət edənlər bilməlidirlər ki, ildən-ilə paytaxtda avtomobillərin sayı artır. Bu səbəbdən tıxacların qarşısını qısa zamanda almaq çətindir”.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı