• USD 1,7000 0,00% EUR 1,9142 -0,10%
    • GBP 2,1277 -0,40% RUB 0,0271 +0,74%

Sabiq iqtisadiyyat naziri: “Azərbaycan nəhəng sərmayə potensialına malikdir” - FOTOLAR

Sabiq iqtisadiyyat naziri: “Azərbaycan nəhəng sərmayə potensialına malikdir” - FOTOLAR

Brüsseldə TEAS II Biznes Forumu keçirilib.

Publika.az xəbər verir ki, forumda Azərbaycanda mövcud sərmayə imkanları diqqət mərkəzində olub.

“Azərbaycan beynəlxalq investorların gözü ilə” adı altında keçirilən bu tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi tərəfindən təşkil edilib.

TEAS Benilüks ofisinin direktoru, Belçikanın sabiq iqtisadiyyat, inkişaf üzrə əməkdaşlıq və ədliyyə naziri Mark Vervilghen Azərbaycanın nəhəng sərmayə potensialına, inkişaf etmiş infrastruktura malik olan ölkə olduğunu deyib, Avropanın yeni hədəfləri var. Bu, “İpək Yolu” layihəsinə yeni nəfəsin verilməsidir. Azərbaycan yenidən onun episentri olacaq. Azərbaycanın, Belçikanın, bütün Benilüks ölkələrinin və Avropa İttifaqının məqsədi eynidir.

Belçikanın dövlət naziri və uzun müddət Belçika Parlamentinin üzvü olmuş Herman De Kroo iki dəfə Azərbaycana səfər etdiyini və iki səfər arasında Azərbaycanda çox böyük dəyişikliklərin baş verməsinin canlı şahidi olduğunu deyib.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov qeyd edib ki, Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin 50 faizindən çoxu Avropa İttifaqı ölkələrinin payına düşür. Səfir biznesin inkişafı baxımından bu cür forumların davamlı şəkildə keçirilməsinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, hər tədbirdən tədbirə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar üzə çıxır, birgə layihələrin həyata keçirilməsi üçün razılıq əldə olunur və nəticə etibarilə gələcək əməkdaşlığın miqyasının artırılması baxımından yeni konsepsiyaların əsasları qoyulur.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR