Bu il 43 cinayətkar qrup zərərsizləşdirilib – DİN
Bizi izləyin

Qırmızı.az

Bu il 43 cinayətkar qrup zərərsizləşdirilib – DİN

2015-ci ilin 9 ayında daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqədar 2497 cinayət, o cümlədən satışı ilə bağlı 659 fakt müəyyən edilib, 115 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Baş narkotiklərlə mübarizə idarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bu gün Daxili İşlər Nazirliyində (DİN) “Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi”nin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

O qeyd edib ki, qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz və ya 200 kiloqram çox narkotik vasitə, o cümlədən 116,7 kq tiryək, 34,3 kq heroin, 15 kq həşiş, 547,2 kq marixuana, 18,4 kq sair vasitələr çıxarılıb. Eyni zamanda, 59,4 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb:

“Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 169 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Son bir ilə yaxın müddətdə 75 şəhər, rayon polis orqanı tərəfindən orta, orta-ixtisas və ali təhsil müəssisələrində yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi ilə bağlı 576 görüş təşkil olunub”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm