DİN-ə şikayət edənlərin sayı azalıb
Bizi izləyin

Qırmızı.az

DİN-ə şikayət edənlərin sayı azalıb

“2014-cü ildə vətəndaşlardan Nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, şikayətlərin sayı 6,9 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı 21 faiz azalıb. Carı ilin 9 ayında bilavasitə nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz, o cümlədən təkrar şikayətlərin sayı 3 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 2,8 faiz azalıb”.

Publika.az xəbər verir ki, bunu DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov bu gün Daxili İşlər Nazirliyində (DİN) “Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi”nin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

O qeyd edib ki, nazirliyin aparatında və struktur qurumlarında “Elektron sənəd dövriyyəsi” sisteminin əhatə dairəsi, o cümlədən proqram təminatı genişləndirilib, müraciətlərin elektron poçt vasitəsilə qəbulu, qeydiyyatının elektron formada aparılması işinin təkmilləşdirilməsi davam etdirilib.

Rəsmi veb-sayta edilən müraciətlərin də Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiyası təmin olunub. Nəticədə vətəndaşların sayt vasitəsilə respublikanın istənilən yerindən birbaşa elektron qaydada müraciət etmələrinə, qəbula yazılmalarına dair ərizələrinin elektron formada ötürülməsinə və operativ cavablandırılmasına imkanlar yaradılıb. Həmçinin, əlavə sənəd dövriyyəsinin, vaxt itkisinin, qəbulla bağlı təkrar müraciətlərin qarşısı alınıb, vətəndaşa aid məlumatların sistemli axtarışı təşkil edilib:

“Nazirliyin rəhbərliyi tərəfindən son bir il 9 ayda 6.412, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 4.223 vətəndaş qəbul olunub. Hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əmlak mübahisələri və dəymiş ziyanın ödənilməsi məsələləri ilə bağlı hüquqi yardımlar göstərilib. Bütün bunlarla əlaqədar ötən il 456 və carı ilin 9 ayında 295 vətəndaş nazirliyə minnətdarlıq məktubları ünvanlayıb”, - deyə N. Şirinov bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm