Standartlaşdırma və metrologiya müəssisələri özəlləşdiriləcək
Bizi izləyin

Qırmızı.az

Standartlaşdırma və metrologiya müəssisələri özəlləşdiriləcək

Azərbaycanda standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək mümkün olacaq.

"Report" xəbər verir ki, bununla bağlı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi dəyişikliklər layihəsinə əsasən, standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsinə icazə veriləcək.

Patent xidmətinin özəlləşdirilməsinə qoyulan qadağa isə qüvvədə qalacaq.

Xatırladaq ki, mövcud maddəyə əsasən, patent xidməti ilə yanaşı, standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək də qadağan idi.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının son plenar iclasında müzakirə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm