Nazir Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi
Bizi izləyin

Qırmızı.az

Nazir Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dövlət Müstəqilliyi günü münasibətilə hərbçiləri təbrik edib.

Publika.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Yoldaş zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir.

İnanıram ki, siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, təlimlərdə, döyüş hazırlığında uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm