Avtovağzalın qarşısındakı sürüşmə sahəsi aktivləşib - TƏHLÜKƏ
Bizi izləyin

Qırmızı.az

Avtovağzalın qarşısındakı sürüşmə sahəsi aktivləşib - TƏHLÜKƏ

“Ötən gün yağan yağışlar Bakı Beynəlxalq Avtovağzal Komleksinin qarşısında sürüşmə və çökmənin ərazisini genişləndirib. Hazırda sürüşmədə aktivlik müşahidə olunur”.

Bunu Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Onun sözlərinə görə, yağış təzə yağdığından hələ ki ərazidə böyük dəyişikliklər baş verməyib:

“Müəyyən qədər dəyişiklik var. Yağışlar təzə yağır, hələ ki böyük bir dəyişiklik yoxdur. Amma həm yolda, həm avtovağzal tərəfdə istinad divarlarının üstündəki çökmədə artım hiss olunur”.

Ə. Piriyev qeyd edib ki, ekspedisiya ancaq problemin səbəblərini araşdırır, fəsadların aradan qaldırılması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlar məşğul olurlar və bərkitmə işləri aparırlar.

Xatırladaq ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm