Bu yollardan keçməyin, bağlıdır - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu yollardan keçməyin, bağlıdır - SİYAHI

Həftəsonu olmasına baxmayaraq, Bakının əksər küçələrində tıxac müşahidə olunur.

Publika.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Rüstəm Rüstəmov, Sakit Qocayev, Şıxəli Qurbanov, Akademik Həsən Əliyev, Xudu Məmmədov, Səməd Vurğun, General Səmədbəy Məhmandarov, Samir Cəfərov, Molla Pənah Vaqif küçəsi. - Fətəli Xan Xoyski prospekti, Bakı-Sumqayıt şosesi və Azadlıq prospektində güclü tıxac var.

Yolun asfalt örtüyünün yenilənməsi və təmir-bərpa işlərilə bağlı Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Nəriman Nərimanov prospekti (N.Nərimanov heykəlinin qarşısı) və Mikayıl Müşfiq küçəsi, Parlament prospektində avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm