Azərbaycan həmkarlar ittifaqı hərəkatı - 110
Bizi izləyin

Qırmızı.az

Azərbaycan həmkarlar ittifaqı hərəkatı - 110

Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olunmuş “Azərbaycan həmkarlar ittifaqı: tarixi, təşəkkülü və inkişafı, müasir reallıq-lar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Giriş sözü ilə konfransı açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi şərəfli yoldan danışmış, müasir dövrdə həmkarlar ittifaqlarının öz funksiyalarını həyata keçirmək üçün zəruri demokra-tik şəraitin yaradıldığını, beynəlxalq əlaqələrinin genişləndiyini bildirmişdir.

Sonra söz alan professor Vəkil Həsənov öz məruzəsində Azərbaycan həm-karlar ittifaqlarının yaranması, təşkilatlanması, ilk kollektiv müqavilələrin bağ-lanması, hazırda həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifələrdən da-nışmış, son illər bağlanmış kollektiv sazişlərin uğurlu nəticələrindən bəhs et-miş, həmkarlar ittifaqlarının daha səylə və əzmlə fəaliyyətinin vacibliyini vur-ğulamışdır.

Dosent Zeynəddin Şabanov çıxışında qeyd etmişdir ki, Azərbaycanda hü-quqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması yolunda “Həm-karlar ittifaqları haqqında” Qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəl-ləsinə edilmiş bir sıra mühüm əlavə və dəyişikliklər müəssisələrdə həmkarlar it-tifaqı təşkilatlarının nüfuzunu artırmış, yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaratmış, minlərlə əməkçinin iş yerini itirməsinin qarşısını almışdır. Bu dəyişik-liklər, həmçinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, on-ların işəgötürənlərdən asılılığının azaldılmasına, cəmiyyətdə sosial tərəfdaşlığın prinsiplərinə əməl olunmasına əsas vermişdir.

Akademiyanın Tələbə Həmkarlar Təşkilatının sədri Mahmud Mahmudov təşkilatın fəaliyyətindən, gördüyü və planlaşdırdığı işlərdən danışmışdır. O qeyd etmişdir ki, həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri də gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdı-rılmasına kömək etməkdir. Bu istiqamətdə əsas məsələlərdən biri də gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, özünəməxsus adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ru-hunda tərbiyə olunması üçün kompleks tədbirlərin həyata keçirilməsidir.

Tədbirin sonunda yubiley ilə əlaqədar olaraq Akademiyanın həmkarlar ittifaqı komitəsinin işində fəal iştirakına görə qabaqcıl əməkdaşlara və tələbələrə Fəxri fərmanlar verilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm