Neft daşlarında estakada uçdu: ölən var
Bizi izləyin

Qırmızı.az

Neft daşlarında estakada uçdu: ölən var

Neft daşlarında estakada uçdu: ölən var

Neft daşlarında bədbəxt hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 15-də saat 15 radələrində baş verib.


Belə ki, “Neft Daşlarında” yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasında nasaz konstruksiyaların sökülməsi ilə məşğul olan dörd nəfər estakadanın uçması nəticəsində dənizə düşüb.


Onların Mənsim İmanov, Mais Süleymanov, Səfədur Zəkəryayev və Musa Hacıyev olduğu açıqlanıb. M.Hacıyev boğulub, digərləri xilas ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm