Qırmızı.az
Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 7-də saat 10:00-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən sakinlərini Gəncə Şəhər Baş Polis İdarəsində qəbul edəcək.
Axar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul başa çatdıqdan sonra saat 12:00-da daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər, rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində sıra baxışı keçiriləcək. Sıra baxışında yalnız həmin rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum edilməmiş, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Qeyd olunan şəhər, rayon polis orqanlarında elan edilən həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

-
Cənubi Qafqaz19:12
Ermənistanın müdafiə naziri Rusiyaya getdi
-
Sağlamlıq15:01
Gülşən səhnəyə elə geyimdə çıxdı ki... - FOTO
-
ABŞ12:14
NATO-nun ABŞ-a etdiyi bu çağırış Rusiyanı HƏRƏKƏTƏ GƏTİRDİ
-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Digər11:37
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ