Eramızdan əvvələ aid qızıl əşyalar tapılıb
Bizi izləyin

Qırmızı.az

Eramızdan əvvələ aid qızıl əşyalar tapılıb

Arxeoloji qazıntılar zamanı əldə olunan qızıldan hazırlanmış antik bəzək əşyaları AMEA Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib.

Publika.az xəbər verir ki, bunlar 11 ədəd qızıl muncuq və spiralşəkilli bəzək əşyasıdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev məlumatına görə, bu əşyalar 2008-2015-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində Tovuz rayonunun Menteş qədim yaşayış yerindən aşkar olunub. Kurqan qəbirdən tapılan bu əşyaların eramızdan əvvəl VI minillikdən başlayaraq IV minilliyə qədər dövrləşməsi müəyyən edilib.

Qeyd edək ki, bu qədim zinət əşyaları qadın skeletinin üzərində tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm