Nazirlik 30 əlil uşağı Türkiyəyə müalicəyə göndərdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Nazirlik 30 əlil uşağı Türkiyəyə müalicəyə göndərdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud daha 30 uşağı valideynlərindən birinin müşayiəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərib.

Publika.az xəbər verir ki, uşaqların və valideynlərinin yola salınması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov çıxış edərək bildirib ki, əgər ötən il 161 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə bərpa müalicəsinə göndərilmişdisə, yalnız bu ilin ötən dövründə onların sayı 52,1 faiz artaraq 245 nəfərə çatıb.

N.Məmmədov ölkəmizdən göndərilən həmin şəxslərin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirildiklərini qeyd edərək bildirib ki, həmin bölgə hətta çətin sağalan xəstəliklərin müalicəsində faydalı olan təbii müalicəvi resurslarla zəngindir:

“Mərkəzdə də bu imkanlardan istifadə olunmaqla və innovativ tibbi texnologiyalar tətbiq edilməklə peşəkar həkim personalı tərəfindən səmərəli fizioterapevtik müalicə prosedurları həyata keçirilir. Bizim ötən müddətdə həmin mərkəzə göndərdiyimiz insanlar orda müalicə kurslarından sonra səhhətlərində xeyli yaxşılaşma olduğunu, həm müalicələrdən, həm də digər xidmətlərdən razı qaldıqlarını bizə bildirirlər. Göndərilən şəxslərlə yanaşı, nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunur ki, orada həm bu insanlara xidmətlərin göstərilməsi işlərinə nəzarət etsin, həm də Mərkəzin təcrübəsini öyrənsin”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm