“M-Trans” MMC-də rəhbər dəyişikliyi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“M-Trans” MMC-də rəhbər dəyişikliyi ilə bağlı RƏSMİ AÇIQLAMA

Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün Bakı Beynəlxalq Avtovağzalının nəzdində yaradılmış “M-Trans” MMC-nin rəhbərliyində dəyişiklik edilməsi və bu MMC-yə Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun gətirilməsi ilə bağlı xəbər təsdiqini tapmayıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kadrlar şöbəsinin rəisi Mətləb Abidi Publika.az-a yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“Mən kadrlar şöbəsinin rəisi kimi deyə bilərəm ki, “M-Trans” MMC-nin rəhbəri Seymur Aslanovdur. Əlimdə olan rəsmi sənəddə yalnız bu ad var. Heç bir dəyişiklik olmayıb”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant Holdinq”ə daxil olan şirkətlərdən biri – “M-Trans” MMC-nin rəhbərliyində dəyişiklik olub.

“M-Trans” MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

2005-ci ildən fəaliyyətə başlayan MMC-nin respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm