Bağçalara baxış keçirilib
Bizi izləyin

Qırmızı.az

Bağçalara baxış keçirilib

Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında qidalanmanın dövlət standartına uyğunluğunun araşdırılması məqsədilə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Publika.Az – ın məlumatına görə, monitorinq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən keçirilib.

Araşdırmalar zamanı sözügedən bağçaların anbarlarında ərzaq məhsullarının saxlanma rejiminə əməl olunmadan otaq temperaturunda saxlanıldığı, hazırlanan yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarının tibb işçisi tərəfindən hesablanmadan uşaqlara verildiyi aşkar edilib.

AZS 747-2013 standartının tələblərinə uyğun olaraq gündəlik qida rasionuna ət daxil edilməli olduğu halda, 3 saylı uşaq bağçasında hazırlanan yeməklər içərisində ət məhsullarına rast gəlinməyib. Yoxlamalar zamanı, həmçinin, bağçalarda təsdiq edilmiş menyunun olmadığı, yeməklərin texnoloji təlimat və reseptura olmadan hazırlandığı, yuma əməliyyatının mətbəxdə aparıldığı müəyyən edilib. Bundan başqa yeməklərin hazırlanması zamanı istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatları, istifadə olunan ət məhsullarının baytarlıq şəhadətnamələri yoxlamaya təqdim olunmayıb.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı bağça rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm