4-cü İqtisadi Forum iştirakçıları prezidentə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

4-cü İqtisadi Forum iştirakçıları prezidentə müraciət etdi

İsmayıllı rayonunda 4-cü Qafqaz İqtisadi Forumu keçirilib.

Publika.az xəbər verir ki, forum Kənd təsərrüfatı nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. 4-cü İqtisadi forumda kənd təsərrüfatı nazirliyinin, AMEA-nın nümayəndələri, iqtisadçı alimlər, rayonun fermerləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Rəsmi hissədən əvvəl forum iştirakçıları ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonunun mərkəzindəki heykəlini ziyarət edərək önünə tər çiçək dəstələri qoyublar.

Formun Təşkilat komitəsi adından çıxış edən Qafqaz Universitetinin dosenti Mayis Əzizov Forumun tarixi haqda iştirakçılara məlumat verib. O bildirib ki, 2012-ci ildən keçirilən Formda hər il ölkə iqtisadiyyatı üçün müəyyənləşdirilən prioritet istiqamətə həsr olunan elmi tədqiqatların təqdimatı və fikir mübadiləsi aparılır .

Öz nitqində İsmayıllı rayon icra hakimiyyətinin başcısı professor Mirdamət Sadıqov bildirib ki, İsmayıllıda 4-cü Qafqaz iqtisadi forumunun keçirilməsi və kənd təsərrüfatına həsr edilməsi təsadüfi deyil. “Tədbirdə ölkəmizin alimləri iştirak edir. Elm elə bir yoldur ki, o yolu seçən ondan ayrıla bilməz. Elmin inkişafını təbliğ etmək dövlətin gələcək inkişafına zəmin yaratmaq deməkdir. Azərbaycanda kənd təsərrüfatının inkişafı cox əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatında İsmayıllının öz yeri var. İsmayıllı rayonunda 2013-də 62 min ton, 2014-də 83 min ton taxıl istehsal olunmuşdusa, 2015-də bu göstərici 103 min tona catıb. Bu nailiyyət Azərbaycan dövlətinin kənd təsərrüfatına verdiyi önəmin nəticəsidir”.

Qafqaz Universitetinin rektoru professor Ahmed Sanıç çıxışında qeyd edib ki, 2012-ci ildən davam edən ənənəvi Forumun İsmayıllıda keçirilməsindən hər kəs məmnun olub. Universitet səviyyəsində başlayan forum bu il kənd təsərrüfatı nazirliyi və icra hakimiyyəti ilə birlikdə keçirilməsi onun dəyərinin göstəricisidir.

Forum bölümlər üzrə fəaliyyətini birtirdikdən sonra Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm