Avtovağzalda BÖYÜK TƏHLÜKƏ - İstinad divarları uça bilər
Bizi izləyin

Qırmızı.az

Avtovağzalda BÖYÜK TƏHLÜKƏ - İstinad divarları uça bilər

Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal ərazisi yaxınlığındakı yolda baş verən çökmə prosesi aktivdir. Hər gün az da olsa, nəzərəçarpacaq dərəcədə çatlarda genişlənmə müşahidə edilir.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, çökmə nəticəsində avtovağzalın istinad divarlarının təhlükədə olduğu müəyyən edilib:

“Əməkdaşlarımız hər gün ərazidə olurlar, orada çökmə, oturma prosesi dayanmayıb. Çökmə nəticəsində avtovağzalın hər üç istinad divarı zədələnib. Həm geoloji, həm də tikinti normalarına əməl olunmadığına görə həmin divarlar yerindən tərpənib. Orada müəyyən bərkitmə işləri aparılır, ancaq onun necə effekt verəcəyini deyə bilmərik. Lakin təklif edirik ki, bərpa üçün əlavə xərc çəkməkdənsə, divarları söküb yenidən tikmək lazımdır. Çünki gələcəkdə yağan yağışlar ərazidə təhlükəli vəziyyət yarada bilər. Qabaqlayıcı tədbirlər görülməsə, istinad divarları uça bilər. Müvafiq qurumlar çökmənin qarşısını almaq üçün bərkitmə, bərpa işləri aparır, lakin işlər nə qədər yaxşı aparılsa da, o, respublika əhəmiyyətli obyekt olan avtovağzala yamaq kimi görünəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm