Taksi sürücüsü işləmək istəyənlərin işi çətinləşir
Bizi izləyin

Qırmızı.az

Taksi sürücüsü işləmək istəyənlərin işi çətinləşir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən əlavələr qəbul olunub.

Publika.az-ın məlumatına görə, qanunun 27-ci maddəsinə edilən əlavəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” və ya “B, E” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.

Hazırda isə yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək təcrübəsi bir ildən az olmayan sürücülər taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul ola bilir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir.

Qanunun 14-cü maddəsinə təklif olunan əlavəyə görə isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırma üçün taksometrlə bağlı daha bir tələb şərt kimi qoyulacaq. Həmin şərt taksi minik avtomobilləri ilə sərnişin daşıması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamənin olmasıdır.

Qanun layihəsinə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda bir sıra taksi sürücüləri ölkə haqqında çox mənfi imic formalaşdırıblar: “Biz xaricdə çox olmuşuq. Avtobus və taksi sürücüləri fasiləsiz olaraq avtomobilləri idarə edirlər. Bizim yollarımızda baş verən avtoqəzaların çoxunun səbəbi sürücülərin sükan arxasında yatmasıdır. Hesab edirəm ki, lisenziya verilməsi üçün tələb olunan şərtlərdən biri də müvafiq cihazlarla həmin avtomobillərin yoxlanılması olmalıdır. Biz də digər Avropa ölkələri kimi bu cür problemləri, nəhayət ki, aradan qaldırmalıyıq”.

Milli Məclisin deputatı Əli Hüseynli deyib ki, qanunvericiliyə görə yol hərəkəti qaydalarına nəzarət işi daxili işlər orqanlarının nəzarətindədir: “Gələcəkdə bu iş tam olaraq Daxili İşlər orqanlarının səlahiyyətlərinə verilməlidir” .

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm