Qırmızı.az
Bakıda avtobus sürücüləri kamera ilə izlənəcək
Bakıda avtobuslarda yeni izləmə avadanlığının quraşdırılmasına başlanılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, GPS-Treker adlanan bu telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, vericilərin vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.
Xüsusilə, sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntular (kobud sürücülük, sürət həddinin aşılması və s.) haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sistemin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.
Sürücülük qabiliyyətinin qiymətləndirilməsi prosesi izləmə avadanlığından əldə edilən məlumatın əsasında tərtib olunur. Hesablamanın əsasını sürətin aşılması, kəskin sürətləndirmə, əyləc, dönüş və s. göstəricilər təşkil edir. Sistem səhlənkar sürücüləri müəyyən etmək, yol hərəkətinin təhlükəsizliyini artırmaq, yanacaq və istismar xərclərinə də xeyli qənaət etmək üçün imkan yaradılır.
Eyni zamanda, avtomobillərin texniki baxış prosesinin idarə edilməsini avtomatlaşdırmaq məqsədilə hər nəqliyyat vasitəsi üçün ayrılmış elektron xidməti kitabçasının qeydiyyatını və idarə edilməsini təmin edən modul mövcuddur. Bu modulda avtomobilin bütün texniki göstəricilərinin qeydiyyatı və uçotu aparılacaq. Hazırkı modul avtomobilin gözlənilmədən sıradan çıxması riskini azaltmaq və onun texniki xidmət xərclərini aşağı salmağa imkan yaradacaq.
Artıq paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarına izləmə avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb. 43 marşrut xətti üzrə fəaliyyət gösətərən 640 avtobusda izləmə avadanlığı quraşdırılıb. Həmçinin dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların çatma vaxtlarının da əks olunması istiqamətində işlər aparılır. Belə ki, avtobuslarda quraşdırılan izləmə cihazı vasitəsilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Bununla da sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq.
Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq izləmə cihazları sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılır. İstənilən kənar müdaxilə barəsində (avadanlığın söndürülməsi, zədələnəməsi və.s.) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaq. Mühərrik işlək vəziyyətdə olmasa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə) ötürə bilir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO