Qırmızı.az
Ombudsman hərbi hissələrdə olub - FOTO

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə tədbirlər planına əsasən cəbhəboyu zonada növbəti tədbir keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə
aparatın əməkdaşları Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər
rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə və
bölmələrin şəxsi heyəti ilə keçirilən görüşlərdə Müdafiə Nazirliyi
tərəfindən həyata keçirilən islahatlar, ordumuzun yüksək döyüş
qabiliyyətinə malik olması, hərbi qulluqçuların hüquqlarının
qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət
şəraiti və mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılması
istiqamətində atılan addımlar barədə fikirlərini diqqətə
çatdırıblar.
Şəxsi heyət qarşısındakı çıxışlarda Vətənimizə, dövlətimizə
sədaqətlə xidmət etmələri, düşmənin istənilən təxribatının
qarşısının alınması üçün hər an ayıq-sayıq olmaları hərbi
qulluqçulara tövsiyə edilib, eyni zamanda onları maraqlandıran
suallar cavablandırılıb.
Təşkil olunan görüşlərdə hərbi xidmətdə və döyüş tapşırığının
yerinə yetirilməsində fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli
hədiyyələr təqdim edilib.

-
Sosial16:40
Yoluxanların sayı kəskin artdı
-
Nida Xəbər 15:38
Bir qrup QHT bəyanat yaydı: - Səfirliyimizə hücum edənlər cəzalandırılsın
-
Sosial15:19
Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS - FOTO
-
Hadisə14:58
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir