Əsgərimiz erməni gülləsindən şəhid olub
Bizi izləyin

Qırmızı.az

Əsgərimiz erməni gülləsindən şəhid olub

Əsgərimiz erməni gülləsindən şəhid olub

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, ölümündən sonra medalla təltif edilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm