Təhsil nazirindən yeni ƏMR
Bizi izləyin

Qırmızı.az

Təhsil nazirindən yeni ƏMR

Təhsil naziri Mikayıl Cabbarov ““Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb.

Publika.az xəbər verir ki, əmrə əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Həmçinin müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunub.

Qeyd edək ki, hər il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri yaradıcı müəllimlərin və səmərəli idarəetmə fəaliyyəti ilə fərqlənən ümumtəhsil məktəblərinin aşkara çıxarılmasında mühüm rol oynayır. Müsabiqələr təhsil sahəsində sağlam rəqabəti gücləndirməklə yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm