Qırmızı.az
Hacı İbrahim Pekin görüşünə qatılmaq üçün bu yolu seçdi...
“Avesta” Konserninin prezidenti, “Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) Çin Milli Birləşmiş Resurslarının İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla işbirliyi üçün variant tapıb.
Bu barədə Publika.az-a açıqlamasında Hacı İbrahim Nehrəmli özü bildirib. İş adamı bu gün Pekində keçirilən görüşə “Skype” vasitəsilə qoşulduğunu söyləyib: “Bu gün danışıqlar başlayıb, mən də buradan görüşləri izləyirəm. Ancaq bütün məsul işçilərim Pekin şəhərindədir, orada şirkətimizi təmsil edirlər. Görüşlər bir neçə gün davam edəcək. 5 böyük şirkətlə danışıqlar aparılır. Çin Milli Birləşmiş Resurslarının İnkişafı Beynəlxalq Şirkətindən başqa, daha 4 böyük kompaniya ilə də əsas razılıq müqavilələrinin imzalanması gözlənilir. Yəqin ki, danışıqlar 2 həftəyə yekunlaşacaq və müsbət nəticələr əldə olunacaq. Danışıqlar bitəndən dərhal sonra Honkonqda birgə müəssisələr yaradılacaq və “Xəzər adaları”nın maliyyələşməsinə başlanılacaq. Əgər zərurət yaranarsa, mən də həmin görüşlərə qatılacam”.
Qeyd edək ki, bir müddət öncə Beynəlxalq Banka borc məsələsinə görə Daxili İşlər Nazirliyinə çağırılan iş adamının ölkədən çıxmasına qadağa qoyulub.
Vasif Həsənli

-
Magazin222:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu
-
MDB18:20
BMT Baş Assambleyasına Lavrov gedəcək