Qırmızı.az
Günel Mövludun valideynləri ondan imtina etdi

“Oğlanlarımın ikisi də əli qabarlı fəhlədir, onlar heç vaxt siyasətə qarışmayıblar”.
Publika.az xəbər verir ki, bunu BBC-yə
jurnalist Günel Mövludun anası Şövkət Şəfiyeva deyib. O bildirib
ki, oğlanları qızı Günel Mövluda görə həbs olunublar və ana buna
görə də qızından imtina edir: “Qızım Meydan TV-dən imtina etmirsə,
mən ondan imtina edirəm”.
“1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə
oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib
ailələrini dolandırırlar. Onların narkotiklə işləri ola bilməz”, -
deyə qeyd edib.
Şəfiyeva hələ də oğlanları ilə görüşə bilmədiklərini də deyib.
Günel Mövlud Meydan TV-dəki fəaliyyətini dayandırmayacağını bildirib.
Qeyd edək ki, yazarın atası daha öncə qızından imtina
etməyəcəyini desə də, artıq bu məsələdə Şövkət xanıma qoşulduğunu
vurğulayıb.
Xatırladaq ki, jurnalist Günel Mövludun qardaşları Raci və Vəkil
İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat
məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində
saxlanılıblar.
Nazirliyin məlumatına görə, baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Onlar 3 ay müddətinə azadlıqdan məhrum ediliblər

-
Avropa17:30
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ
-
Hadisə17:26
İki məmur vəzifəsindən getdi
-
Dünya16:03
Ərdoğanla Zelenski arasında görüş başladı
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu
-
Hadisə13:41
“Qalaaltı” yaxınlığında meşə yanğını söndürüldü - FHN