• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

FHN-nin səlahiyyətləri artırıldı

FHN-nin səlahiyyətləri artırıldı

Nazirlər Kabineti “İçərişəhər”Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edib.

Publika.az xəbər verir ki, dəyişikliyə görə, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunda tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir.

Dəyişikliyə qədər tikinti işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə davam etdirilə bilərdi.

Azərbaycan Respublikası Nazirlər Kabineti “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”də də dəyişikliklər edilib.

Dəyişikliyə görə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, idarənin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR