Qırmızı.az
Ramil Usubovun işdən çıxardığı polkovnik kimin oğludur? – FOTOLAR

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilən və sərəncama götürülən 12-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Hacı Əli Məmmədovun oğludur.
Axar.az-ın xəbərinə görə, sabiq rəisin atası SSRİ Energetika Nazirliyinin “Azərenerjitikinti” Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləyib.
SSRİ və İranın müştərək tikdiyi Xudafərin və Qız qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru olub. 1997-ci ilə kimi “Azərenerjitikintiquraşdırma” Şirkətində vitse-prezident vəzifəsində çalışıb. Respublikanın əməkdar mühəndisidir.
Ə.Məmmədоv 1947-ci il, iyulun 8-də Göyçə mahalının Basarkeçər rayonu, Daşkənd kəndində аnаdаn оlub. 2009-cu ildə Həcc ziyаrətinə gedib.
Ü.Məmmədov həmçinin İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.
Xatırladaq ki, Ü.Məmmədovun yerinə hələlik təyinat yoxdur.


-
İdman11:46
Qurban Qurbanovun ailəsinin çempionluq FOTOSU
-
Dünya11:39
Məşhurlar Ərdoğanı belə təbrik edir: Ömrümdən 40 il sənin olsun, rəis
-
Magazin111:08
"Birinci dəfə ailə həyatı quranda..." - Roza Zərgərli
-
İdman10:30
Ramil Şeydayevlə Qurban Qurbanov belə vidalaşadı - TƏSİRLİ ANLARIN VİDEOSU
-
Magazin210:00
Alişandan Ərdoğana DƏSTƏK: "Hər zaman qalib gələn böyük lider"
-
Ekologiya07:17
Bu yerlərdə yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
-
Magazin106:16
“21 gün xəstəxanada həyatda qalma mübarizəsi apardım”
-
Magazin203:13
Edis azərbaycanlı xanım reperə dəstək oldu - FOTO