Heydər Əliyev prospektində səth suları olmayacaq – Azəryolservis
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev prospektində səth suları olmayacaq – Azəryolservis

Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunda səth sularının aradan qaldırılması ilə bağlı həmin yolun 1-ci kilometrliyində yerləşən nasosxanada 3 ədəd “GRUNDFOS” markalı yeni nasos quraşdırılıb.

Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məqsəd sözügedən ərazilərdən gələn yağış və yeraltı qrunt sularının “Suraxanı su kanalı”na vurularaq uzaqlaşdırılmasını təmin etməkdir.

Nasosxananın 300 kubmetr yağış sularının toplanması üçün su anbarı mövcuddur. Bura yığılan sular bundan öncə yaxınlıqda yerləşən su anbarına vurulsa da, anbar kiçik olduğundan ərazidə müəyyən problemlər yaranırdı. Belə ki, vurulan qrunt və yağış suları anbardan aşaraq əraziyə yayılırdı. Nasosxanadan “Suraxanı Su kanalı”na yeni 3200 metr uzunluğunda və 400 millimetr diametrlik borular çəkilib. Bununla da ərazidə yaranan problemlər tam olaraq aradan qaldırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm