Qırmızı.az
Bakı-Sumqayıt yolunda yeni çatlar yaranıb – TƏHLÜKƏ ARTIR - VİDEO

“Bakı-Sumqayıt yolunda yeni çatlar yaranıb və avtovağzalın qarşısındakı çökmə ərazisi genişlənib. Yağışlar artarsa və intensivləşərsə, bu əraziyə də təsir edəcək və çatlar daha da genişlənəcək”.
Bunu Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.
Onun sözlərinə görə, yağıntılar çoxalacağı və müəyyən tədbirlər görülməyəcəyi təqdirdə bu çatların artması da mümkündür. Ə. Piriyevin sözlərinə görə, kompleksin çökmə baş verən hissəsində istinad divarının bir tərəfində uçma yaranıb və hazırda həmin ərazidə bərkitmə işləri aparılır.
Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal ərazisinə yaxın yolda çökmə və çatlar yaranıb, istinad divarları əyilmişdi. Çökmənin daha da genişlənməsinin qarşısını almaq üçün yolun həmin hərəkət hissəsi bağlanılıb və ərazidə bərkitmə işləri aparılır.
Gülnar Əliyeva

-
Dünya03:43
Bu ölkədə zabitin cinsiyyət orqanı OĞURLANDI
-
Nida Xəbər 03:13
Militarizasiya səviyyəsi ən yüksək olan bölgə - VİDEO
-
Magazin202:42
Sofi Loren xəstəxanaya yerləşdirildi
-
Qarabağ 02:12
Xankəndi ermənisi: "Sovetlər dövründə mehriban qonşu olmuşuq" - VİDEO
-
İdman00:30
Güləş millimiz tarixində ilk dəfə dünya çempionu oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi maliyyə itkiləri ola bilər
-
Qarabağ 24 Sentyabr 23:48
Ermənilər Ağdərəni belə tərk edir - VİDEO
-
Mətbəx24 Sentyabr 22:12
AĞLAMAĞI DAYANDIRIN: bundan sonra soğan göz yaşınızı axıtmayacaq