Diaqnostik qiymətləndirməyə hansı müəllimlərin cəlb olunacağı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Diaqnostik qiymətləndirməyə hansı müəllimlərin cəlb olunacağı açıqlandı

Təhsil Nazirliyi Azərbaycanın 12 rayon və şəhərində keçiriləcək müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə hansı kateqoriyadan olan müəllimlərin cəlb olunacağını açıqlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar.

Qeyd edək ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı birinci imtahan 28-30 noyabr tarixlərində Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.

4-7 dekabr tarixlərində Sabirabad Olimpiya İdman Kompleksində İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, 11-12 dekabr tarixlərində Xaçmaz Olimpiya İdman Kompleksində Xaçmazdan olan müəllimlər üçün, 16-20 dekabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt, Abşeron və Qubadlıdan olan müəllimlər üçün, 24-25 dekabr tarixlərində Gəncə Olimpiya İdman Kompleksində Gəncədən olan müəllimlər üçün imtahanlar təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm