Qırmızı.az
Avtoservislər 3 kateqoriyaya bölünəcək
Azərbaycanda avtoservislər 3 kateqoriyaya
bölünəcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən
Publika.az-a verilən məlumata görə, “Avtomobil
nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir
stansiyaları və sahələri” standartı təsdiq edilib. Standart
Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyat
vasitələri və onların hissələri ilə əlaqədar texniki xidmətə
(texniki qulluğu və təmiri) dair ümumi tələbləri və texniki xidmət
qaydalarını müəyyən edir.
Standarta əsasən, nəqliyyat vasitələrinə xidmət zamanı əməyin
mühafizəsi sahəsindəki qanunvericilik tələblərinə əməl olunmalıdır.
Xidmət göstərilən zaman “Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında” qanunun tələblərinə uyğun olaraq, tipi təsdiq olunmuş və
kalibrləmədən keçmiş ölçmə vasitələrindən istifadə olunmalıdır.
Nəqliyyat vasitələrinə texniki xidməti həyata keçirən personal
müvafiq sahədə ixtisaslaşmaya malik olmalı və ixtisaslaşma təlim və
ya təhsil haqqında sənədlərlə təsdiqlənməlidir. Həmçinin xidmət
zamanı istifadə olunan komponentlər və texniki mayelər, aidiyyəti
texniki normativ hüquqi aktların və nəqliyyat vasitələri
istehsalçısının texniki sənədlərinin tələblərinə uyğun olmalıdır.
Avtoservisdə müəyyən edilmiş qaydada tikilmiş, möhürlənmiş və
istehlakçının tələbi ilə ona təqdim edilən rəy və təkliflər kitabı
olmalıdır. Sifariş qəbul edilən, rəsmiləşdirilən otaqda,
sifarişlərin qeydiyyat jurnalı, göstərilən xidmətlər üçün təyin
edilən qiymətlər, ehtiyat hissələrinin və materialların qiymətləri,
həmçinin yaxşı görünən yerdə stend üzərində avtoservis təşkilatının
iş rejimi, göstərilən texniki xidmətlərin siyahısı, sifarişlərin
yerinə yetirilməsi müddətləri və s. məlumatlar olmalıdır.
Standarta əsasən avtoservisin sifarişçi və ya onun nümayəndəsi
ilə birbaşa ünsiyyətdə olan hər bir işçisi üzərində avtoservis
təşkilatının adının, həmçinin bu işçinin soyadı və adı qeyd
olunduğu yaxa kartı gəzdirməlidir. Nəqliyyat vasitəsi avtoservisdə
qalmaqla təmirə verildikdə avtoservis tərəfindən müqavilə ilə
yanaşı, təhvil-təslim aktı tərtib edilməlidir. Nəqliyyat vasitəsi
istehlakçıya və ya onun nümayəndəsinə göstərilən texniki xidmətin
haqqı tam ödənildikdən sonra təhvil-təslim aktının və müqavilənin
surəti, istehlakçının şəxsiyyətini təsdiq edən sənəd təqdim
edildikdə, istehlakçının nümayəndəsinə isə etibarnamə təqdim
edildikdə verilməlidir.
Sifarişçinin yanında aparılan şinlərin quraşdırılması və
şinlərin təmiri, təmizləmə-yuma, pardaqlama, sürtkü-yanacaq
doldurma, tənzimləmə, diaqnostika, həmçinin yolda texniki yardım
kimi avtoservis xidmətləri sifarişçinin şifahi sorğusu üzrə
müqavilə bağlanmadan qulluq göstərilməsini təsdiqləyən sənədi
verməklə və hesab-kassa xidməti üzrə qanunvericilik tələblərinə
əməl olunması şərti daxilində həyata keçirilə bilər. Yolda
göstərilən texniki yardım zamanı sifarişçi və avtoservis
qanunvericiliklə təyin olunmuş qaydada yol hərəkəti
təhlükəsizliyinin təminatı üzrə tədbirlər görməlidir.
Standarta əsasən avtoservislər 3 kateqoriyaya bölünür. Bunlar nəqliyyat vasitələri istehsalçısının servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair tələblərini yerinə yetirən, təyin olunmuş qaydada istehsalçı və ya onun nümayəndəsi tərəfindən nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair səlahiyyətləri və onların sahibləri tərəfindən əmtəə nişanından istifadə hüququnu alan A kateqoriyalı avtoservis təşkilatlarıdır.
В kateqoriyalı avtoservis təşkilatları – nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair nəqliyyat vasitələri istehsalçısının nümayəndəsi tərəfindən (həmçinin A - kateqoriyalı avtoservis təşkilatları tərəfindən) verilən səlahiyyətlərə malik olan və onların nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair tələblərini yerinə yetirən avtoservis təşkilatlarıdır. Bu kateqoriyadan olan avtoservis təşkilatlarına nəqliyyat vasitələri komponentlərinin istehsalçılarının nümayəndələri olan avtoservis təşkilatları da daxildir;
С kateqoriyalı avtoservis təşkilatları - servis şöbələrinə və
nəqliyyat vasitələrinə göstərilən xidmətə dair nəqliyyat vasitələri
istehsalçısının tələblərini mütləq yerinə yetirməsi tələb olunmayan
avtoservis təşkilatlarıdır.
Standartda həmçinin nəqliyyat vasitələrinə qulluq üzrə
xidmətlərin siyahısı da verilib.
Məlumat üçün bildirək ki, “Avtomobil nəqliyyatı haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD
nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə texniki-təmir stansiyalarının
(sahələrinin) istehsalat-texniki bazası, texnoloji təchizatı və
istehsalat sahələrində texnoloji prosesin təşkili ilə bağlı sahə
standartlarının təkmilləşdirilməsi Komitəyə tapşırılıb.
Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim edilib.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident