Bakı Yol Polisindən Aşura xəbərdarlığı - istiqamət dəyişdiriləcək
Bizi izləyin

Qırmızı.az

Bakı Yol Polisindən Aşura xəbərdarlığı - istiqamət dəyişdiriləcək

Sabah Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məscidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (DYPİ) məlumat verilib.

Bakı Yol Polisi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsədilə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.

Bakı Yol Polisi məscid və ziyarətgahlarda keçiriləcək tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyi ilə hərəkət etməyi tövsiyə edir.

DYPİ-dən verilən məlumatda qeyd olunur ki, tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək.

Qeyd edək ki, bu il Aşura günü oktyabrın 24-nə təsadüf edir.

Xatırladaq ki, Aşura günü ilə bağlı Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm