QHT-lər üçün məlumatlandırma sessiyası keçirib
Bizi izləyin

Qırmızı.az

QHT-lər üçün məlumatlandırma sessiyası keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, sessiyada çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü il ikinci maliyyə müsabiqəsinin mövzu və şərtləri haqqında toplantı iştirakçılarına məlumat verib. F.Qurbanov Şuranın layihə təkliflərini yalnız elektron qaydada qəbul etdiyini diqqətə çatdıraraq, bu proqramda aparılan təkmilləşdirmə işləri ilə əlaqədar edilən dəyişikliklər və ərizələrin təqdim edilmə qaydaları barədə geniş məlumat verib.

İcraçı direktor QHT-lərin müsabiqə elanının mətni, şərti və qaydaları haqqında Şuranın hər üç internet saytı (www.cssn.gov.az, www.qhtxeber.az, www.e-qht.az) vasitəsi ilə tanış ola biləcəyini qeyd edib.

Sessiyada QHT təmsilçilərinin müsabiqə ilə bağlı sualları da cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm