Bu gün Aşuradır
Bizi izləyin

Qırmızı.az

Bu gün Aşuradır

Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı müəyyənləşib.

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinindən bildirilib.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı belədir:

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) zəncir vurmamağı, qan çıxarmamağı tövsiyə edib. Aşura mərasimləri keçirilən məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmalıdır.
QMİ-dən bildirlib ki, “Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər”.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm