• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İsveçdə akademik Zərifə Əliyevaya həsr edilmiş kitablar təqdim olunub

İsveçdə akademik Zərifə Əliyevaya həsr edilmiş kitablar təqdim olunub

Stokholmda Avropa Komissiyasının və Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) tibbi yardımın beynəlxalq standartlarının müzakirəsi üzrə Beynəlxalq forum keçirilib. Forum çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevaya həsr edilmiş “Tibbi təyinatlı məmulatların sterilləşdirilməsi” və “İnfeksion nəzarətin əsasları” kitabları təqdim edilib.

Bu kitabların müəllifi həmvətənimiz, Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına diplomdan sonrakı təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosu yanında Ukraynanın milli əlaqələndiricisi, professor Aydın Salmanovdur.

İsveçin Karolina İnstitutunda keçirilmiş beynəlxalq forumun işində Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin milli ekspertləri iştirak ediblər.

Avropa komissiyasının himayəsi altında keçirilən tədbirdə həmvətənimiz Ukraynanın milli əlaqələndiricisi və Ukrayna-Aİ Assosiasiyası çərçivəsində antibiotik rezistentliyi və İnfeksion nəzarət üzrə ekspert kimi iştirak edib.

Professor A.Salmanov AZƏRTAC-a verdiyi eksklüziv müsahibəsində bildirib ki, beynəlxalq forumda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş kitabların nüsxələri ECDC-nin kitabxanasına, forumun təşkilatçılarına və Aİ ölkələrinin ekspertlərinə hədiyyə edilib. ECDC-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, doktor Nabil Safrani və beynəlxalq layihələrin rəhbəri, doktor Maarit Kokki də kitabları minnətdarlıqla qəbul ediblər.

Təhlükəsiz tibbi yardım göstərilməsi üzrə Avropa standartlarının daxil edildiyi kitablar səhiyyənin təşkilatçıları və menecerlər, müxtəlif ixtisaslar üzrə həkimlər, əczaçılar, həmçinin tibbi profilli ali məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.

Qeyd edək ki, professor A.Salmanov 250-dən çox elmi işin, o cümlədən 19 kitabın (monoqrafiyalar, tibbi profilli ali məktəblərin tələbələri üçün dərsliklər və dərs vəsaitləri) müəllifidir. Onlardan 9-u görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevaya həsr edilib. A.Salmanov öz peşəkar biliklərini görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın rəhbərliyi altında təkmilləşdirib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR